Koos
(kuus)

– ən qədim Azərbaycan zərbli musiqi aləti. Koos haqqında olan rəvayətlərdə deyilir ki, koos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Koosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi.

Hazırda respublikamızın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.
Copyright © Musigi Dunyasi, 2007