Məsnəvi
– 1.Azərb. kl. mus-də: mahur dəstgahının sonunda Şüştər ilə Suzi-güdaz arasında bulunan şöbə (haman şöbə rahab dəstgahının sonunda, yenə də Şüştər ilə Suzi-güdaz arasında ifa olunduqda – Məsnəviyi-səqil adlandırılır); 2.İran musiqisində: a) şur dəstgahının son şöbəsi; b) Bayatı-İsfahan muğamının üşşaq ilə ibadət (məsnəvinin başqa variantı) guşələri arasında yerləşən şöbəsi.