Oyun havası

– xalq rəqslərini müşayiət üçün çalınan musiqi. Melodik quruluşu etibarı ilə azəri məqamları əsasında yaradılan azəri xalq oyun havaları (“Tərəkəmə”, “Mirzəyi”, “Lalə”, “Ceyranı”, “Bənövşə”, “Vağzalı” və s.) bir qayda olaraq ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanmasına əsaslanır.

Azəri oyun havalarının ritmik çevrəsi bir çox hallarda daxilən ikiqisimli zərblə üçqisimli zərbin ardıcıl surətdə növbələşməsi əsasında təşkil olunur. Yəni əsas etibarilə əksərən 6/8 (ikiqisimli) musiqi ölçüsündə olan eyni oyun havasının ritmik quruluşu 3/4 (üçqisimli) ölçü ilə növbələşir. Bu da azəri xalq oyun havalarının orijinallığını və gözəl bir xüsusiyyətini təşkil edir.
Copyright © Musigi Dunyasi, 2007