Enharmonizm
(yunan. enharmonios – həmsazlıq, taraz gəlmək)

– eyni yüksəklikdə yerləşən müxtəlif adlı səslər və ya müxtəlif adlı səslərin ton yüksəkliyi baxımından bərabərliyi: məs., do-diyez və re-bemol.

Enharmonik bərabər səslər fiziki baxımdan taraz olsalar da, tamamilə fərqli bədii-ifadə əhəmiyyətinə malikdir.

Bir səsin enharmonik əvəzlənməsi diatonik intervalı xromatik intervala çevirir (məs., kiçik tersiya - artırılmış sekunda); akkordun strukturunu dəyişir. Enharmonik modulyasiya, enharmonik bərabər tonallıqlar bu qəbildəndir.
Copyright © Musigi Dunyasi, 2007