Ekspozisiya
(lat. expositio – şərh, izah)

– 1. Sonata formasında birinci bölmə olub, əsas tematik materialı əks etdirir;

E. iki hissəyə bölünür: a) əsas partiya (əsas tonallıqda səslənən hissə); b) köməkçi partiya (köməkçi tonallıqda səslənən hissə).

E.-da əsas və köməkçi partiyalar arasında tonallıq münasibəti: tonika – dominanta tonallıqları və ya major – parallel minor tonallıqlarını əhatə edir.

2.Fuqanın müxtəlif növlərində başlanğıc hissə; əsas mövzunun bütün səslərdə keçirilməsindən ibarətdir.
Copyright © Musigi Dunyasi, 2007