Faqot
(ital. fagotto – düyün; fr. fagot – bağlama, odun bağlaması)

– 1. Üfləmə ağac alət; üzün boruşəkilli gövdəyə və klapanlar sisteminə malik nəfəs alətidir; S şəkilli metal borucuqla əsas gövdəyə nəfəs üfürülür.

16-cı əsrdə İtaliyada düzəldilmişdir, 18-ci əsrin 1-ci yarısında simfonik orkestrə daxil olunmuşdur. Ağac nəfəsli alətlər qrupunda ən aşağı səsli alətdir, qalın, dolğun səsə malikdir.

Səs diapazonu üç oktava yarım həcmindədir (kontroktava si-bemol – ikinci oktava re, mi). Çalğı texnikası sərbəstliyi və rəngarəngliyi ilə seçilir.
Copyright © Musigi Dunyasi, 2007