İnterval
(lat. intervallum – məsafə, aralıq; həm də fərq)

– musiqidə iki səs arasındakı münasibət; İ.-ın aşağı səsi əsas, yuxarı səs – zirvə adlanır.

İ.-lar əsas və zirvə səslər arasındakı məsafənin kəmiyyət və ya pillə ölçüsünə görə adlandırılır: prima – 1; sekunda – 2; tersiya – 3; kvarta – 4; kvinta – 5; seksta – 6; septima – 7; oktava – 8; nona – 9; desima – 10; undesima – 11; duodesima – 12; tersdesima – 13; kvartdesima – 14; kvintdesima – 15 pilləyə bərabərdir.

İ.-lar keyfiyyət ölçüsünə görə xalis, böyük və ya kiçik, artırılmış və ya əksildilmiş olur.

İ.-ların növləri: sadə və mürəkkəb intervallar, diatonik intervallar, xromatik intervallar.

İ.-ın dönməsi səslərin yerdəyişməsindən, zirvə səsin əsasa çevrilməsindən əmələ gəlir; bu zaman intervalın kəmiyyət və keyfiyyət ölçüləri dəyişir: məs., böyük sekunda – kiçik septimaya çevrilir və s.
Copyright © Musigi Dunyasi, 2007