Dirijor
(fr. diriger – rəhbərlik etmək, idarə etmək)

ansambl (orkestr, xor, opera və s.) musiqisinin öyrənilməsinə və ifasına rəhbərlik edən şəxs; ifa olunan əsərin bədii təfsiri D. məxsusdur.

Əvvəllər ansamblın bir üzvü D. rolunda çıxış edir, ifaçılara yol göstərirdi; sonralar xüsusi D. meydana gəldi. D. əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir.
Copyright © Musigi Dunyasi, 2007