Dissonans
(fr. dissonance; lat. dissono – ahəngsizlik)

– bir – birinə uyğun olmayan səslərin birləşməsi. Belə səs birləşməsi kəskin, qıcıqlandırıcı eşidilir.

D. intervallara böyük və kiçik sekunda, septimanona, artırılmış kvarta və əksildilmiş kvinta intervalları aiddir.

D. akkordlara böyük və kiçik üçsəsliklərdən başqa bütün digər akkordlar aid edilir. D. musiqidə güclü ifadə vasitəsi hesab olunur; musiqidə gərginlik, iztirab, həyəcan və s. bu kimi əhvali – ruhiyyə yaradır.
Copyright © Musigi Dunyasi, 2007