Dominantseptakkord

– majorun və harmonik minorun V pilləsindən (dominantadan) qurulan septakkord; majorda V 7, minorda V h/7 kimi işarə olunur. Strukturuna görə kiçik major septakkordudur (bax: Kiçik septakkordlar).

D. akustik cəhətdən düzgün dissonans səslənməyə malikdir, harmonik ahəngdar səsbirləşməsindən əmələ gəlir.

Akkordun tonikaya doğru cazibəsi çox güclüdür və D.-nın tonikaya həll edilməsi major – minor lad sisteminin əsasını təşkil edir. D.-nın başqa bir akkorda keçməsi harmonik hərəkətin pozulması kimi qəbul olunur.
Copyright © Musigi Dunyasi, 2007