Fuqa
(lat., ital. fuga – qaçış)

çoxsəsli əsər növü; polifonik çoxsəslilikdə ən inkişaflı imitasiyalı forma; bir mövzunun imitasiyalı (tonika dominanta münasibətində) ifadəsinə və tonal kontrapunkt işlənməsinə əsaslanır. 3, 4, 5 səsli olur. Müxtəlif polifonik üsullardan istifadə edilir.

F.-nın növləri: a) sadə F. (bir mövzuya əsaslanır); b) ikili F. (iki mövzu əsasında); c) üçqat F. (üç mövzuya əsaslanır).

F. həm müstəqil əsər kimi yazılır, həm də prelüdiya ilə birgə verilir, silsilə formanın bir hissəsi də ola bilər.
- Q.Qarayev. XX prelüdiya. İfa edir: Fərhad Bədəlbəyli.
Copyright © Musigi Dunyasi, 2007