Mis alətlər

– bürüncdən, bəzən digər metallardan hazırlanan nəfəs alətləri. Simfonik orkestrdə xüsusi qrup təşkil edir. Eyni zamanda, müstəqil nəfəsli orkestrin tərkibinə daxildir (bir sıra ağac nəfəsli alətlərlə birgə).

Bəzi hallarda mis nəfəsli alətlərdən solo və ansambl alətləri kimi istifadə olunur.

Mis nəfəsli alətlərə truba, kornet, valtorna, alt, tenor, bariton, bas, trombon, tuba və s., həmçinin, bir sıra xalq çalğı alətləri aiddir.
Copyright © Musigi Dunyasi, 2007