Simfoniya
(yun. symphonia – ahəngdar, həmsaz, həmavaz)

– müasir mənada sonata silsiləsi formasında yazılmış orkestr üçün əsər.

S. XVIII əsrdə Avropa ölkələrində instrumental musiqinin təkamülü nəticəsində meydana gəlmişdir.

S. adətən dörd hissədən ibarət olur:

birinci hissə – dramatik xarakterli, sonata formasında olur;

ikinci hissə – (şərti olaraq andante adlandırılır) ağır templi, lirik xarakterlidir, üçhissəli formada, sonata və ya variasiya formasında yazılır;

üçüncü hissə – menuet və ya skerso olur – cəld templi, dəqiq ritmli, rəqs xarakterlimusiqi məzmununa malikdir, üçhissəli (təzadlı orta bölmə – trio) formadadır;

dördüncü hissə – final coşğun, bayram əhval – ruhiyyəlidir, rondo, variasiya və ya sonata formasında olur.

Bəzi bəstəkarların yaradıcılığında beş, altı və yeddi hissəli S.–a, bəzən bir hissəli S.–a rast gəlinir.

S. simfonik orkestrin ifadə vasitələrinin istifadə olunduğu musiqi formasıdır.
Copyright © Musigi Dunyasi, 2007