Skripka
(qəd. slav. skrıpati cırıldatmaq; ital. violino)

yüksək registrli simli kamanlı alət. S. XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır.

S.-nın gövdəsi xarakter oval formaya malikdir, qrifi üzərinə dörd sim çəkilmişdir. Simlərin köklənməsi belədir: IV-g, III-d¹, II-a¹, I-e². Diapazon kiçik oktavanın sol sahəsindən dördüncü oktavanın lya səsinə kimidir.

S. kamanı simlər üzərində yuxarı aşağı hərəkət etdirməklə çalınır. S.-da çalğı texnikası rəngarəng ştrixlərlə zəngin (detaşe, leqato, stakkado, pissikato) və geniş imkanlara malikdir.

S. dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. Partiturada S. partiyası zərb alətlərindən aşağıda yazılır.

S. növlü alətlər ailəsinə alt, violonçelkontrabas daxildir.
Copyright © Musigi Dunyasi, 2007