Tonallıq

– müəyyən bir ladın tonikasının adı; adətən tonallıq dedikdə eynivaxtda lad və tonika, yəni ladtonallıq nəzərdə tutulur: məs., do minor, A-dur və s.

Hər bir tonallıq öz açar işarələri ilə fərqlənir, yəni səslərin tərkibini müəyyənləşdirən alterasiya işarələrinə malikdir.

Major-minor sisteminin və diatonik melodik ladların tonallıqları diyez və bemol işarəli olur. Açar işarələrinin artan qaydada düzülüşü cədvəli daimi və dəyişməzdir; bax: Kvarta-kvinta dairəsi.
Copyright © Musigi Dunyasi, 2007