Valtorn
(alm. Walthorn – meşə şeypuru; ital. corno)

– mis nəfəs aləti, yumşaq tembrli səslənməyə malikdir. Simfonik orkestrdə və nəfəsli orkestrdə adətən cüt sayda istifadə olunur, həm solo, həm də müşayiətçi alət kimi tətbiq olunur.İki növü var:

1.Natural valtorn – XIX əsrin 30-cu illərinə qədər yayılmışdı. Kiçik həcmli natural səssırasına malikdir.

2.Ventilli valtorn – XIX əsrin 30-ci illərindən ifaçılıq praktikasına daxil olub. Təkmilləşmiş alətdir, xromatik səssırasına malikdir. Səslənmə diapazonu kontroktavanın si səsindən ikinci oktavanın fa səsinə kimi əhatə edir.
Copyright © Musigi Dunyasi, 2007