Vals
(fr. valse; alm. Walzer – fırlanmaq)

– alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır.

Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir.

XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur.
- Arif Məlikov - Vals. Ülviyyə Hacıbəyova piano.
Copyright © Musigi Dunyasi, 2007