Variasiyalar
(lat. variatio – dəyişmə, təbdil)

– 1.Mövzu və onun bir sıra dəyişilmiş şəkildən təkrarından ibarət musiqi forması; hər bir dəyişilmiş təkrar – variasiya adlanır.

2.Bu formada yazılmış əsər.

V. bir obrazın müxtəlif cəhətlərini xarakterizə edir, bəzən də rəngarəng obrazlar silsiləsini xatırladır.

V. həm xalq musiqisində və həm də professional musiqidə geniş tətbiq olunur.

XVII–XVIII-ci əsrlərdə klassik variasiya növü təşəkkül tapır. Burada ciddi quruluşlu mövzunun faktura baxımından işlənilməsi virtuozluq elementlərini ön plana çəkirdi. Belə V. çox zaman konsert zamanı virtuoz ifaçılar tərəfindən müəyyən bir mövzu əsasında improvizə olunaraq yaradılırdı.

XIX əsrdə isə V.-nın yeni tipi meydana gəldi ki, bu da silsiləni vahid bir ideya – məzmun ətrafında birləşməyə və daha iri həcmli, mürəkkəb quruluşlu V.-ın yaradılmasına imkan verdi.

Bax: Polifonik variasiyalar; İkili variasiyalar.
- Elmira Nəzirova. "Variasiyalar". Ülviyyə Hacıbəyova piano.
Copyright © Musigi Dunyasi, 2007