Çəng

– üçbucaq şəklində simli, dartımlı musiqi aləti. Üst qolu at boynu tərzində qayrılır və baş (yuxarı) tərəfində gözəllik üçün iri ipək qotaz salladılır.

XV əsr görkəmli Azərbaycan musiqi alimi Əbdül Qadir Maraği (-1434) “Came-əlhan” kitabında yazır ki, əvvəlləri çəngə 24 sim qoşulmuş və bu simlər qoşa bağlandığından alətdən 12 müxtəlif səs əldə etmək mümkün olmuşdur (Mirzə Məmməd Hüseyn Qərib “Musiqi tarixi”).

Beləliklə, çəngdə bir oktava daxilində bütün xromatik qamma səslərinin əldə edilməsinin mümkün olduğu müəyyən edilir.

Çəng böyük Azərbaycan şairləri Nizami və Füzuli əsərlərində sevilərək vəsf edilmişdir.
Copyright © Musigi Dunyasi, 2007