Kamança

simli musiqi aləti. Çanağı kürəvi, qolu pərdəsiz, membranası (üzü) balıq dərisindən ya da qaramal ciyərinin pərdəsindən çəkilir. Ağac çubuğa (yay) bağlanmış bir çəngə at tükünün tutamı simləri səsləndirir.

Kamança əvvəllər 3 simli olmuş, hazırda 4 simlidir.

Kamança ən qədim Azərbaycan musiqi alətlərindən biridir. Kamançadan istər solo, istərsə də sazəndələr dəstəsi tərkibində ansambl musiqi aləti kimi istifadə olunur. Son dərəcə təsirli tembri olan kamança lirik musiqidə xüsusi ilə gözəl təsir bağışlayır.
Copyright © Musigi Dunyasi, 2007