Santur

– simli, zərbli musiqi aləti.

Zahiri görünüşü bir qədər qanon (bax) musiqi alətini andırır. Konstruksiyası etibarı ilə də qanon ilə ümumi cəhətləri var. Santurun da qanonda olduğu kimi, bir tərəfdən xərəyi bükülüb açılır və beləliklə, üzərində duran simin uzunluğu dəyişilmiş olur; santurun ayrı – ayrı səs ucalığında olan simləri tək, qoşa, ya da içəri qoşulur.

Santur iki yüngül, zərif yonulmuş kiçik çubuğun simlərə vurulması ilə səsləndirilir. Santur vaxtilə Azərbaycanda çox geniş intişar tapmışdı. Sonralar tədriclə öz mövqeyini itirmişdir.
Copyright © Musigi Dunyasi, 2007