Tütək

– üfləmə ağac musiqi aləti. Qarğı ya içi boş çubuqdan qayrılır. Quş dimdiyi tərzində olan bir ucuna ağacdan yonulmuş tıxac nəsb olunur.

Tütəyin qabaq (üst) tərəfində 7 dəlik açılır ki, bunların qapanıb açılması ilə də səslərin ucalığı dəyişilir. Bir dəlik də tütəyin dal (alt) tərəfində olur.

Tütəyin səsdüzümü diatonik, diapazonu isə bir oktava həcmindədir.

Tütək əsas etibarı ilə çobanların daha çox çaldıqları musiqi alətidir. Tütəyin sədasına alışmış mal – qara və qoyun sürüsü otlağa yönəlir, suvarılmağa gedir və toran qarışan zaman kəndə qayıdır.
Copyright © Musigi Dunyasi, 2007