Tənbur

– üç simli dartımlı musiqi aləti. Zahiri görünüşü sazı andırır, lakin çanağı sazınkına nisbətən xeyli kiçik, qolu isə sazınkından bir qədər uzun olur. Təburun birinci və üçüncü simi eyni yüksəklikdə (unison), ortancı simi isə bir kvarta aşağı köklənir.

Simləri sağ əlin şəhadət barmağına taxılan polad halqa üzərindəki qarmaqla dartılıb ehtizaz etdirilir – səsləndirilir. Tənburun bu mizrabı naxunək adlandırılır.
Copyright © Musigi Dunyasi, 2007