Tar

– 1. ərəb ölkələrində: dəf;
2. sim;
3.Azərbaycan simli dartımlı musiqi aləti.
İranda, Orta Asiyada, Dağıstanda və başqa qonşu ölkələrdə də geniş yayılmışdır. Lakin Azərbaycan tarı öz quruluşu, konstruksiyası etibarı ilə, məsələn, İran tarından xeyli fərqlənir.

XIX əsrin ikinci yarısı Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndəsi sayılan Əsəd oğlu Mirzə Sadıq tar musiqi alətinin konstruksiyasını elmi – akustik prinsiplər əsasında xeyli dəyişdirdi.

O, tarın səsini gücləndirmək üçün simlərinin sayını artırdı; qolun yuxarısında (kəlləyə yaxın yerdə) əlavə pərdə (zabol pərdəsi) bağladı; tar ifaçılığı texnikasında lal – barmaq adlanan priyomdan geniş istifadə edilməsinə yol açdı; tarı əvvəllərdə olan adət üzrə diz üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırdı və tarı sinə üstünə alıb çalmağı daha münasib, daha yararlı hesab etdi.
Copyright © Musigi Dunyasi, 2007