İmitasiya
(lat. imitatio – təqdil)

– bir səsdə verilmiş mövzunun və ya motivin hər hansı digər səsdə təkrarlanması; imitasiya zamanı birinci səs öz hərəkətini davam etdirirək, əks hərəkət (rus. protivoslojeniye) əmələ gətirir.

İ.-nın 1-ci qrup əlamətləri əsas mövzüya nəzərən imitasiyanın başlanğıc yerini bildirir: a) yüksəklik - birinci və ikinci səs (melodik xətt) arasında interval yüksəkliyinin müəyyən olunması (məs, ikinci səs üst kvintadan başlaya bilər);

b) zaman – təkrarlanan səsin nə zaman, neçə xanədən sonra daxil olunmasını göstərir.

İ.-nın 2-ci qrup əlamətləri mövzunun quruluşuna nisbətən imitasiyanın cəhətlərini təyin edir: a) intervalika – mövzunun interval quruluşuna görə dəqiq və ya qeyri-dəqiq təkrarlanması; ritm - mövzunun ritmik quruluşu baxımından dəqiq və ya qeyri-dəqiq təkrarı.

İ.-nın növləri: əkshərəkətli imitasiya, qeyri-dəqiq imitasiya (tonal imitasiya), sadə imitasiya, dəqiq imitasiya.

İ. polifonik musiqidə tematik materialın ən mühüm inkişaf üsullarından biri, polifonik forma quruculuğunun əsas vasitəsi, bir çox polifonik növlərin səciyyəvi başlanğıc üsuludur.

Bax: Fuqa, Fuqetta, Fuqato, Kanon, Cavab.
- Ü.Hacıbəyov. "Arşın mal alan". Gülçöhrənin elegiyası.
Copyright © Musigi Dunyasi, 2007