Akkord
(ital. accordo; fr. accord – uyğunluq, ahəng, uzlaşma; lat. accordo – müvafiqət);

(ad – ilə, üçün, doğru + cor – ürək); başqa fərziyyəyə görə: cor – ürək sözündən yox, yun. chorde – sim sözündən)– müxtəlif yüksəklikdə yerləşən və müxtəlif adlı bir neçə səsin (üçdən az olmayaraq) eyni vaxtda səslənməsindən yaranan həmahənglik.

A.-lar tərkibindəki səslərin miqdarına və interval münasibətinə görə fərqlənir.

A.-lar daha çox tersiya quruluşlu olur, yəni tersiya münasibətində yerləşən səslərdən əmələ gəlir (məs., do, mi, sol; si, re, fa–diyez, lya; sol, si–bemol, re, fa, lya və s.) .

Tersiya quruluşlu A. üçsəsli, septakkord, nonakkord və s. növlərə bölünür və quruluşuna, şəklinə, yerləşməsinə, melodik vəziyyətinə, harmonik funksiyasına və bir sıra digər əlamətlərinə görə fərqlənirlər.

Tersiya quruluşlu A. major–minor lad sisteminə əsaslanan harmoniyanın özəyidir. Tersiya quruluşlu A. – dan akkordikada bəhs olunur.
Copyright © Musigi Dunyasi, 2007