Çahargah
(d.d. çahargah, far. hərf. çahar – dörd + gah – mövqe, məkan, vəziyyət)

– Yaxın Şərq xalqları musiqisində nə çox şöhrət qazanmış muğamlardan biri, Yaxın və Orta Şərq xalqları musiqisinə mənsub muğam kökü (məqamı). Qədim musiqi alimlərinin fikrincə, çahargah məqamı göy gurultusu ilə əlaqədar olaraq yaradılmışdır (M.M.Nəvvab “Vüzuh-ül-ərqam”).

Ü.Hacıbəyov çahargah məqamının dinləyicidə coşqunluq və ehtiras hissi oyatdığını qeyd edir (Ü.Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları”).

XIX əsr Azərbaycan musiqisində çahargah dəstgahı aşağıdakı muğam şöbələrindən ibarət idi: çahargah, segah, zabol-segah, yədi-hasar, müxalif, məğlub, mənsuriyyə, zəmin-xara, mavərənnəhr, hicaz, şahnaz, Azərbaycani, əşiran, zəng-şötörkərkuki.

Hazırda dəstgahın yığcam və lakonik ifası məqsədilə: bərdaşt, mayəyi-çahargah, bəstə-nigar, hasar, müxalif, məğlub, mənsuriyyə (zərbli muğam) ilə kifayətlənilir.

İran mus.-də: çahargah dəstgahı dəraməd, piş-zəngulə, zəngulə, nəğmə, zabol, bəstə-nigar, muyə, hasar, müxalif, məğlub, hodi, pəhləvi, rəcəd (ərcuzə) və mənsuri şöbələrindən ibarətdir.
Mühazirə: Əfrasiyab Bədəlbəyli.
- Not yazısı Nəriman Məmmədovundur.
- İfa edir: Zahid Quliyev.
- İfa edir: Valeh Rəhimov.
- Mühazirə: Ramiz Zöhrabov.
- İfa edir: İslam Rzayev. Müşayiət edir: İstrumental ansambl. Konsertmeyster - Firuz Məmmədov (tar).
- Çahargah. Asəf Zeynallı. İfaçı - Murad Adıgözəlzadə.
Copyright © Musigi Dunyasi, 2007