|
|
Humayun
(hümayun)
– 1. Yaxın Şərq xalqları musiqisinin 24 əsas muğam şöbəsindən biri;
2. XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab ilə tərkib arasındakı şöbə;
3. hümayun, fili, Şüştər, tərkib, bidad, Məsnəvi, üzzal şöbələrindən ibarət dəstgah;
4. İran mus-də: çəkavək, bəxtiyari, moalif, Leyli və Məcnun, tərz, bidad, ney-Davud, guşeyi-çahargah, məvaliyan, əbül-çəp, bavi, suzi-güdaz, mureh, nəfir (nəfir-fərəng), şüştəri, camədəran, üşşaq, üzzal, zabol, bayatı-əcəm, bəhr-nur, şahnaz, dənasəri, mənsuri, Məsnəvi şöbələrindən ibarət dəstgah.
- İfa edir: Seyid Şuşinski.
- İfa edir: Valeh Rəhimov.
|
|
Copyright
© Musigi Dunyasi, 2007 |
|
|
|