Rast
(hərf. – düz, dürüst, müstəqim, düzgün)

– 1. Yaxın Şərq xalqları klassik musiqisinin 12 muğamından biri. “Qədim musiqişünaslar rastı muğamların anası adlandırmışlar. Rast muğamı nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir.” (Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları).

2.Azərb. mus-də: novruz-rəvəndə, rast, üşşaq, hüseyni, vilayəti (bəzən dilkəş), xöcəstə, xavəran, əraq, pəncgah, rak, əmiriməsihi şöbələrindən ibarət dəstgah;

3.İran mus-də: bax: Rast-pəncgah.

4. «Rast» ladı səsqatarının diapazonu. 1 — 1 — 1/2 formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Rast» ladının səsqatarını əmələ gətirir. Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın mayəsidir.
- Not yazısı Nəriman Məmmədovundur.
-Niyazi. "Rast". Simfonik muğam. İfa edir: P.İ.Çaykovski ad. BSO. Dirijor: Y. Adıgözəlov
- İfa edir: İslam Rzayev.
- İfa edir: Xan Şuşinski.
- Mühazirə - Ramiz Zöhrabov.
- İfa edir: Ağaxan Abdullayev, Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança).
Copyright © Musigi Dunyasi, 2007