Rak
(ər. – əsas, dayaq)

– 1. rast dəstgahında pəncgah şöbəsi ilə xavəran guşəsi arasındakı epizod; başqa variantlara görə, yenə də rast dəstgahında xöcəstə şöbəsindən sonra (saqinamədən əvvəl) rak-hindi, rak-Xorasani guşələri ifa olunur;

2.qədim kl. mus-də: rast və mahur dəstgahlarının axırında (spn şöbəni ifa etdikdən sonra) mayəyə qayıtmazdan əvvəl bir qayda olaraq hökmən rak-Abdulla adlanan guşədə dayanmaq lazım gəlirdi. Rak-Abdulla, rak-Xorasani və rak-hindi adlanan guşələr əslində eyni melodik gəzişmənin müxtəlif variantlarıdır.
- Ifa edir: Valeh Rəhimov.
Copyright © Musigi Dunyasi, 2007