Segah
(far., hərf. se üç + gah mövqe, məkan, vəziyyət)

Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən muğamlardan biri.

Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. Eyni zamanda segah bir məqam kimi də Azərbaycan musiqisində mühüm yer tutur. Azərbaycan xalq mahnıları, oyun havaları, eləcə də aşıq musiqi yaradıcılığına mənsub musiqi forma və janrlarından bir çoxu məhz segah kökündə yaranmışdır.

Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, azəri musiqisində segahın əsas etibarı ilə üç növü vardır:

1.Zabol segah;

2.Xaric segah;

3.Mirzə Hüseyn segahı.
- İfa edir: Mütəllim Mütəllimov.
- Mühazirə: Ramiz Zöhrabov.
- İfa edir: A.Babayev.
Copyright © Musigi Dunyasi, 2007