Alət

- musiqi aləti. Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.

Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.

Simli musiqi alətləri – simlərin səsləndirilməsi üsullarına görə növlərə bölünür:

kamanlı alətlər – skripka, alt (viola), violonçel, kontrabas;

dartımlı alətlər – arfa;

mizrablı alətlər
zərbli alətlər

Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur, hazırlanma materialına görə növlərə bölünür:

mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s.

ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.

Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər.

Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir, səslənməsinə görə aşağıdakı növlərə bölünür:

köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik).

köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s.

Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər.

Klavişli (dilli) alətlər – xüsusi mexanizmlə təchiz olunmuş alətlər olub, səsçıxarma üsullarına görə fərqlənir. Növləri:

klavişli-zərbli alətlər: fortepiano;

pnevmatik-klavişli alətlər: akkordeon, qarmon;

Alətlərin səslənmə registrinə görə növləri: bas alətlər, soprano alətlər, tenor alətlər.

Alətlərin quruluşuna görə növləri: natural alətlər, transpozisiyalı alətlər.

Müxtəlif xalqların musiqisində istifadə olunan çoxsaylı simli, nəfəs və zərb alətləri mövcuddur.

Azərbaycan xalq musiqi alətləri:

simli alətlər: tar, saz, ud, tənbur (mizrablı alətlər); kamança (kamanlı alət); qanun, çəng (dartımlı alətlər); səntur (simli-zərbli alət) və s.

nəfəs alətləri: zurna, tütək, ney, balaban və s.

zərb alətləri: nağara, qoşa nağara, qaval, dəf və s.
Copyright © Musigi Dunyasi, 2007