Dirijorluq
(fran. diriger – idarə etmək)

ifaçılıq sənətinin ən mürəkkəb növlərindən biri olub, musiqi əsərinin məşq və ya konsert zamanı musiqiçilər kollektivinə (orkestr, xor, operabalet truppası, ansambl və s.) rəhbərlik deməkdir.

Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır; dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır.

Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır.

Bədəlbəyli - dirijor.
Copyright © Musigi Dunyasi, 2007