Fleyta
(ital. flauto külək, meh)

ağac nəfəsli alət.

Qədim tarixə malikdir. Keçmişdə qamışdan düzəldilən fleytanı şaquli (uzununa) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşdirilmişdir, hal-hazırda üfqi (eninə) vəziyyətdə tutularaq çalınır. 1832-ci ildə alman fleytaçısı T.Byom tərəfindən təkmilləşdirilmişdir.

İncə, məlahətli tembrə malikdir. Diapazonu birinci oktavanın do notundan dördüncü oktavanın do notuna kimidir.

İnstrumental ansamblların və simfonik orkestrin tərkibində mühüm yer tutur. Fleytanın növü fleyta pikkolo daha nazik və incə yüksək səsli alətdir.
Copyright © Musigi Dunyasi, 2007