Fortepiano

simli-klavişli musiqi aləti. Klavişlərə bərkidilmiş kiçik çəkiclərin zərblə simlərə vurulmasından səs yaranır.

Ağ və qara dillər klavişlər klaviaturanı əmələ gətirir; klavişlərə barmaqlarla toxunmaqla çalınır.

Geniş diapazonuna və universal texniki imkanlarına görə musiqi praktikasında mühüm əhəmiyyətə malikdir.

Qədimdə meydana gəlmiş növləri: klavikord, klavesin.

XIX əsrdə meydana gələn növləri: royal (üfqi simlərlə), pianino (şaquli simlərlə).
Copyright © Musigi Dunyasi, 2007