Kontrapunkt

– eyni vaxtda iki və daha artıq müstəqil melodik xətlərin uzlaşması. Latın dilində punctum contra punctum – nöqtəyə qarşı nöqtə mənasını verir; musiqidə nota qarşı not və ya melodiyaya qarşı qoyulan melodiya mənasında tətbiq edilir.

Çoxsəsli polifonik musiqidə kontrapunkt əmələ gətirən melodiyalar kontrast olur və bədii ifadəliliyinə görə bir-birindən fərqlənir.

Bəzi hallarda kontrapunkt anlayışı bir melodiyanın bir neçə xanə gecikdirmə ilə səsləndirilərək ona qarşı qoyulmasını da nəzərdə tutur.
Copyright © Musigi Dunyasi, 2007