Minor
(ital. minore - kiçik)

– musiqidə əsas ladlardan biri; major-minor lad sistemini əmələ gətirən ladlardan biri.

Səssırasının əsasını ladın sabit pillələrindən (1,3,5-ci pillələr) əmələ gələn kiçik (minor) üçsəslik təşkil edir; ladın qeyri-sabit pillələri (2,4,6,7-ci pillələr) və dominant septakkordu bu üçsəsliyə həll olur. Növləri: a) natural minor; b) harmonik minor; c) melodik minor.

Copyright © Musigi Dunyasi, 2007