Nona
(lat. nona - doqquzuncu)

– 1. Doqquz pillə həcmində olan interval; 9 rəqəmi ilə işarə olunur.

Kiçik nona – k.9 - həcmi 6½ tona bərabərdir. Böyük nona – b.9 – həcmi 7 tona bərabərdir. Mürəkkəb intervallara aiddir: oktavadan sonra sekunda birləşməsindən ibarətdir. 2.Verilmiş səsdən hesablanan doqquzuncu səs.

3.Nonakkordun sıx düzülüşündə (tersiyalarla düzülüşündə) yuxarı səsi – nona tonu.

Copyright © Musigi Dunyasi, 2007