Oktava
(lat. octava – səkkizinci)

– 1. Səkkiz pillə həcmində interval: məs., do¹-do2; re¹-re2 və s. 8 rəqəmi ilə qeyd olunur. Xalis oktava – x8 – səkkiz pillə həcmində altı tona bərabərdir.



2.Bərabər temperasiyalı səssırasının bir hissəsi olub, on iki müxtəlif yüksəklikli səsləri (do-dan si-yə kimi) özündə cəmləşdirir. Oktabaların adı: subkontroktava, kontroktava, böyük oktava, kiçik oktava, birinci oktava, ikinci oktava, üçüncü oktava, dördüncü oktava, beşinci oktava.

3. Bas kişi səsinin xüsusi növü olaraq, ən aşağı səsləri əhatə edir – bas-profundo.

4.Verilmiş pillədən hesablanan səkkizinci pillə.
Copyright © Musigi Dunyasi, 2007