Opera
(ital. opera – hadisə, əsər)

orkestrin müşayiətilə səhnədə ifa olunan musiqili dram. Burada aktyorlar musiqi mətnini oxuyurlar və vokal sənəti səhnə ustalığı ilə qovuşdurulur.

Opera libretto əsasında yazılır və pərdələrə, səhnələrə, şəkillərə bölünür.

Operanın əsas tərkib hissələri: ariyalar, reçitativlər, ansambllar xorlar, balet səhnələri, uvertüra, simfonik antraktlar.
Copyright © Musigi Dunyasi, 2007