Orkestr
(yunan. orchestra)

– Qədim Yunanıstanda teatr tamaşaları zamanı xorun səhnə qarşısındakı yerini bildirən anlayış. Zaman keçdikcə mənasını dəyişmişdir. 1. Müxtəlif alətlərdə çalan musiqiçilər kollektivi; musiqi əsərini birlikdə ifa edirlər.

2. Orkestrin növləri tərkibinə daxil olan alətlər qrupuna, ifaçıların sayına görə fərqlənir: simfonik orkestr (birər tərkibli, ikiqat tərkibli, üçqat tərkibli), kamera orkestri, simli orkestr, nəfəs alətləri orkestri, estrada orkestri, xalq çalğı alətləri orkestri .

3. Teatrda sənhənin qarşısındakı çökəklikdə orkestrin oturduğu yer.
Copyright © Musigi Dunyasi, 2007