Pedal
(fr. pedale; lat. pes, pedis - ayaq)

– 1. Bir sıra musiqi alətlərində ayaqla hərəkətə gətirilən xüsusi mexanizm. Fortepiano alətində səsin zəiflədilməsi və yaxud uzadılması üçün pedaldan istifadə olunur.

Orqan alətində pedal böyük klavişlərdən ibarət klaviatura şəklindədir və orqançalan onu ayaqları ilə basaraq hərəkətə gətirir. 2.Orqan punktu.
Copyright © Musigi Dunyasi, 2007