Polifoniya
(yunan. poly – çox, phone – səs)

– 1. Çəxsəsliliyin bir növü; bir neçə müstəqil bədii əhəmiyyətə malik melodik təbəqələrin eyni vaxtda bərabər səslənməsindən əmələ gəlir.

Polifoniyada uzlaşdırılan səslər intonasiya və ritm baxımından müxtəlif olub, zaman baxımından vurğularına, kulminasiya və kadanslarına, motiv bölgüsünə görə üst-üstə düşmür, dinamika və tembrinə görə fərqlənir. Polifoniyanın növləri: kontrapunkt, imitasiyalı polifoniya, səsaltı polifoniya.

2. Polifonik quruluşlu musiqini və polifonik formaları öyrənən elm sahəsi.
Copyright © Musigi Dunyasi, 2007