Prima
(lat. prima - birinci)

– 1. Bir pillə həcmində interval və ya iki eyniadlı səs arasında əmələ gələn interval. 1 rəqəmi ilə işarə olunur. Xalis prima – x1 - eyni səsin təkrarlanmasından əmələ gəlir (0 tona bərabərdir): məsələn, do – do; başqa sözlə, unison. Artırılmış prima – art.1 – eyniadlı səs arasında yarımton məsafəni bildirir: məsələn, do – do-diyez; Əksildilmiş prima olmur.
2. Verilmiş səsdən hesablanaraq, birinci pillə.
3. Akkordun əsas tonu.
4. Bəzi musiqi alətlərin soprano növü.
Copyright © Musigi Dunyasi, 2007