Repriz
(fr. reprise – təkrarlanma, bərpa olunma)

– 1. Sonata formasında sonuncu əsas bölmə; işlənmə bölməsindən sonra səslənərək, əsas tonallığa qayıdışla şərtlənir; ekspozisiyanın mövzularının əsas tonallıqda səsləndirilməsi üzərində qurulur.

Reprizanın növləri: dəqiq, qısaldılmış, güzgülü repriza və s. 2. Fuqada yekunlaşdırıcı hissənin şərti adı.

3.Üçhissəlirondo formasında təkrarlanan hissə.

4.Müxtəlif quruluşlu pyeslərdə hər hansı bir bölmənin ikinci dəfə təkrarlanması.
Copyright © Musigi Dunyasi, 2007