Seksta
(lat. sexta - altıncı)

– 1. Altı pillə məsafəsində interval. 6 rəqəmi ilə işarə olunur. Kiçik seksta – k6: həcmi 4 tona bərabərdir; Böyük seksta – b6: həcmi 4½ tona bərabərdir. Artırılmış seksta – art.6: həcmi 5 tona bərabərdir. Əksildilmiş seksta - əks.6: həcmi 3½ tona bərabərdir. 2. Verilmiş səsdən sonra altıncı pillə.
Copyright © Musigi Dunyasi, 2007