Sekunda
(lat. secunda - ikinci)

– 1. İki pillə məsafəsində interval. 2 rəqəmi ilə işarə olunur. Kiçik sekunda – k2: həcmi ½ tona bərabərdir. Böyük sekunda – b2: həcmi 1 tona bərabərdir. Artırılmış sekunda – art.2: həcmi 1½ tona bərabərdir. Əksildilmiş sekunda - əks.2: həcmi 0 tona bərabərdir.
2. Verilmiş səsdən sonra ikinci pillə.
Copyright © Musigi Dunyasi, 2007