Septakkord

– dörd səsdən ibarət tersiya quruluşlu akkord. Tərkibində səslərin düzülüş ardıcıllığı: 1- əsas ton, 3- tersiya tonu, 5- kvinta tonu, 7- septima tonu.





Əsas və septima tonları arasında əmələ gələn septima intervalının keyfiyyətinə görə (böyük, kiçik, əksildilmiş) aşağıdakı növlərə bölünür:

Böyük septakkordlar.
Kiçik septakkordlar.
Əksildilmiş septakkord.
Majorminor ladlarının pillələri üzərində müxtəlif növlü septakkordlar qurulur.



Copyright © Musigi Dunyasi, 2007