Sonata forması

– instrumental musiqinin geniş inkişaf etmiş formasıdır. XVIII əsrdə Vyana klassiklərinin (Y.Haydn, V.A.Motsart, L.V.Bethoven) yaradıcılığında S.f.-nın klassik quruluşu bərqərar olur.

S.f. üç bölmədən – ekspozisiya, işlənmə, reprizadan ibarətdir, bəzən giriş və koda bölmələri də olur. Klassik S.f. iki mövzu - əsas və köməkçi mövzular əsasında qurulur ki, bunların arasında müəyyən edilmiş tonallıq münasibəti var (T – D; T – parallel tonallıq).

Ekspozisiya bölməsində əsas və köməkçi mövzular; onların arasında bağlayıcı mövzu, köməkçi mövzunun ardınca tamamlayıcı mövzu verilir.

İşlənmə bölməsində ekspozisiyanın mövzuları inkişaf etdirilir; Reprizada isə ekspozisiyanın mövzuları əsas tonallıqda səslənir.
Copyright © Musigi Dunyasi, 2007