Soprano
(ital. sopra – yuxarıda, yüksəkdə)

– 1. Yüksək qadın səsi; diapazonu birinci oktavanın do səsindən – üçüncü oktavanın do səsinə kimi. Növləri: koloratur soprano, lirik soprano, dramatik soprano, lirik – koloratur, lirik-dramatik soprano.

2. Harmoniya kursunda dördsəsli düzülüşdə birinci, ən yüksək səs.
- Üzeyir Hacıbəyov. "Arşın mal alan" musiqili komediyası. Gülçöhrənin nəğməsi.

Copyright © Musigi Dunyasi, 2007